"BMW M4 Coupe" modeli yeniləndi - FOTO

Avtobazar 1 Dekabr 2016 20:45 Oxunub 3332
"BMW M4 Coupe" modeli yeniləndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil həm də 21 düymlük təkərlərlə də təchiz edilib

BMW M4 Coupe modeli tüninqdən sonra təqdim edilib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, "G-Power" şirkətinin mühəndisləri M4 Coupe modeli üzərində işləyiblər.

Tüninqdən sonra avtomobilin aqreqatı 600 at gücü hasil edir. Bu isə, 150 at gücü çox deməkdir. Yeni mühərrik hesabına M4 avtomobili 100 km/saat sürəti cəmi 3.7 saniyəyə əldə edir. Bu modelin adi versiyası eyni sürəti 3.8 saniyəyə əldə edir. Sürəti məhdudlaşdıran elektron sistem ləğv edilib və avtomobilin maksimal sürəti 320 km/saat sürətlə hərəkət edir.

Bundan başqa mühəndislər tərəfindən 520 at gücü hasil edən aqreqatla təchiz edilmiş başqa bir versiyanı da təklif edirlər. Yenilik bununla da bitmir. 560 at gücü hasil edən mühərrikə malik M4 Coupe modeli də alıcıların ixtiyarına buraxılıb.

Qeyd edək ki, avtomobil həm də 21 düymlük təkərlərlə də təchiz edilib.

http://www.olke.az/newsphotosession/2016/12/01/15280911-1140201072723911-1890643961-n.jpg.pagespeed.ce.HYkMhoGH1r.jpg

http://www.olke.az/newsphotosession/2016/12/01/15301250-1140201076057244-740251255-n.jpg.pagespeed.ce.mue6qmLuSu.jpg

http://www.olke.az/newsphotosession/2016/12/01/15310175-1140201069390578-174711070-n.jpg.pagespeed.ce.mzcrAJD0mG.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh