Bakıda sürücüləri çaşdıran yol nişanı - Özü də taxtadan - VİDEO

Qaydalar 1 Dekabr 2016 22:57 Oxunub 1854
Bakıda sürücüləri çaşdıran yol nişanı - Özü də taxtadan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə şəxsləri 30-50 manat arasında cərimə gözləyir

Ağacın üzərində dayanmadan keçmənin qadağan olunduğunu bildirən nişana bənzər taxta vurulub. Belə vəziyyətdə sürcülər çaş-baş qalırlar. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu Salatın Əsgərova və Mərdanov qardaşları küçəsinin kəsişməsindəki yoldan gedir. Belə ki,bu ərazidə olan ağacın üzərinə nişana bənzər löhvə vurulub. Araşdırmamız  zamanı məlum oldu ki, bu löhvəni elə yaxınlıqda yaşayan sakinlərin özləri vurublar. Səbəb kimi  ərazidə tez-tez baş verən yol nəqliyyat hadisəsini göstərirlər.

Çəkiliş zamanı avtomobillərin bir-birilərinə yol verməkdə çətinlik çəkdiklərinin şahidi olduq. Sürücülərin sözlərinə görə, əraziyə nişana bənzər löhvənin vurulması onları çaşdırır. Çünki uzaqdan sürücülər bu löhvəni görüb əyləcə basmaq məcburiyyətində qalırlar. Ancaq yaxınlaşdıqda sürəti artırırlar ki, bu da piyada zolağından keçən ınsanların həyatını təhlükəyə atır.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, problem tez bir zamanda həll olunacaq. Həmin löhvənin yerinə yeni nişan qoyulacaq. Löhvəni ağaca özbaşına vuran şəxs də cərimə olunacaq.

Xatırladaq ki, belə şəxsləri 30-50 manat arasında cərimə  gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh