Piyada keçidlərinin dayaqları niyə yola birləşdirilir? - VİDEO

Qaydalar 1 Dekabr 2016 23:08 Oxunub 1421
Piyada keçidlərinin dayaqları niyə yola birləşdirilir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər sevinsələr də, keçidin yola bu qədər yaxın olmasından narahatdılar

Yeni tikilən piyada keçidinin dayaqları yola birləşdirilib, hətta bunun üçün yolun kənarında olan dəmir arakəsmələr də sökülüb. Görüntülər Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsindədir. Burada yaşayan sakinlər yolda yeni piyada keçidinin tikilməsinə sevinsələr də keçidin yola bu qədər yaxın olmasından narahatdılar. Bakı-Sumqayıt yolunda tikilməkdə olan digər keçid də bu şəkildə inşa edilir.

Burda da keçidin dayağı yola birləşdirilib. Halbuki, təcrübəyə baxdıqda görmək olur ki, zaman keçdkcə yolun genişləndirilməsi  lazım olur bu və zaman dövlət büdcəsindən əlavə xərc ayrılaraq keçidin dayaqları arxaya çəkilir.

“Azəravtoyol” ASC-nin sözçüsü Anar Nəcəfli isə bildirir ki, yeni keçidlər tikilərkən müvafiq dövlət qrumları ilə razılaşdırılıb və təhlükəsizlik qaydalarına tam əməl edilib. Yolun genişləndirilməsinə isə ehtiyac yoxdur.

Ümid edirik ki, həqiqətən də həmin ərazidə gələcəkdədə sıxlıq olmaz və yolu genişləndirməyə ehtiyac qalmaz. Əks təqdirdə dövlət büdcəsindən əlavə vəsait xərclənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh