Avtomobil bazarında vəziyyət

Avtobazar 1 Dekabr 2016 23:15 Oxunub 2837
Avtomobil bazarında vəziyyət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Yeni avtomobillərin satışında durğunluq müşahidə olunur "

Son günlər avtomobil bazarında ikinci əl maşınlar daha çox satılır. Bunu sherg.az-a avtomobil bazarındakı vəziyyətlə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert qeyd edib ki, yeni avtomobillərin satışında durğunluq müşahidə olunur: "Xaricdən Azərbaycana gətirilən avtomobillərin satışında da ciddi azalma özünü göstərir. Ölkəyə daha çox ikinci əl maşınlar gətirilir, ona görə ki, yeni avtomobillərin alıcı kütləsi zəifdir. Bir müddət əvvəl işlənmiş maşınların satışının artması ilə bağlı maşın bazarında aktivlik müşahidə olunurdu. Hazırda isə bazarda qiyməti 10 minə qədər olan maşınların satışı qismən davam edir. Amma yeni avtomobillərdə qiymət yüksək olduğundan satış zəifdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh