Bu dəfə sürücü yol polislərinə təşəkkür etdi – Qəzadan sonra köməyə görə

Xəbərlər 2 Dekabr 2016 13:51 Oxunub 3510
Bu dəfə sürücü yol polislərinə təşəkkür etdi – Qəzadan sonra köməyə görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya düşüb yolda qalan sürücünün köməyinə yol polisləri gəlib

Dünən Bakı-Qazax yolunda idarə etdiyi avtomobilə qəza vəziyyətinə düşən sürücünün köməyinə yol polisləri gəlib. Bu barədə Avtosfer.az-a sürücü özü məlumat verib. Şəmkir rayonu sakini Rza Ədalət oğlu Vəliyev bildirib ki, dekabrın 1-də, axşam saatlarında idarə etdiyi "Opel" markalı, 20 DM 839 dövlət nömrə nişanlı avtomobilə hərəkətdə olarkən qəzaya düşüb: "Goranboy rayonu ərazisindən keçərkən 110-luq yolda qarşıma daş çıxdı. Sürət yüksək olduğu üçün maşını daşdan qaçırda bilmədim. Maşınımın qabaq təkəri daha dəydi, o diqəqə də partladı. Disk də əyildi. Maşını birtəhər saxlaya bildim".

Qəzadan sonra yolda qalan sürücünün ehtiyyat təkəri olmadığı üçün yoldan keçən maşınların sürücülərindən kömək istəyib. Lakin əli ilə nə qədər işarə versə də, saxlayan olmayıb. Bir qədər sonra isə ona Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları yaxınlaşıb. 99 YP 893 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Orxan İsmayılov və Məsim Cəfərov sürücüyə köməklik göstəriblər. Onlar avtomobili daha təhlükəsiz yerə çəkərək yoldan keçən maşınlardan birini saxlayıblar. Həmin sürücünün razılığı və qaytarmaq şərti ilə Rza Vəliyevə bir ədəd ehtiyyat təkər veriblər. Təkəri dəyişmək üçün isə başqa bir avtomobili saxlamalı olublar: "Təxminən bir saat ərzində yol polisləri mənim yanımda oldular. Təkəri dəyişməyə kömək etdilər. Allah onlardan razı olsun. Mənə kömək edən, təkər və açar verən sürücülərə də təşəkkür edirəm. Söz vermişəm, sabah təkəri aparıb sahibinə qaytaracam".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh