Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb

Avtoreyd 2 Dekabr 2016 15:45 Oxunub 1623
Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri mətbuat konfransında deyib

Bakıda 2017-ci ilin iyununda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin ilk bileti İngiltərədən alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin müdiri Bülent Özərdim bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, ilk bilet onlayn satış başlanandan bir neçə dəqiqə sonra alıcısını tapıb: "Bilet İngiltərədən sifariş olundu. Ardınca Rusiyadan bilet sifarişi verildi. Bu da xaricdə yaşayanların Azərbaycan Qran-prisinə olan marağı göstərir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn il iyunun 23-25-də keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh