Bir sürücü üç “07”nin toqquşmasına səbəb oldu: 2 yaralı

Qaydalar 2 Dekabr 2016 16:48 Oxunub 1808
Bir sürücü üç “07”nin toqquşmasına səbəb oldu: 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını harada gəldi saxlayıb düşəndə sağa-sola baxmaq lazımdır

Bakıda üç avtomobilin toqquşub, onlardan birinin sürücüsünü maşın vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Beləki Aeroport yolunda 1985-ci il təvəllüdlü Ələkbərov Elçin Zakir oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobolini yolun kənarında saxlayaraq avtomobildən yerə enib. Bu zaman arxadan sürətlə gələn digər "VAZ 2107" markalı avtomobil E.Ələkbərovu vurub. O, ağır xəsarət alıb. Qəza anında başqa bir "VAZ 2107" markalı avtomobil də hər iki maşına çırpılıb. Nəticədə sonuncu avtomobilin sərnişini 1965-ci il təvəllüdlü Əliyev Afiq Yəhya oğlu da xəsarət alıb. Hər iki yaralı "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə E.Ələkbərovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh