Formula-1 üzrə yeni dünya çempionu karyerasını başa vurub

Yarışma 2 Dekabr 2016 19:28 Oxunub 1629
Formula-1 üzrə yeni dünya çempionu karyerasını başa vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niko Rosberq: "Artıq yeni həyata başlama zamanıdır"

Formula-1 üzrə dünya çempionu Niko Rosberq karyerasını başa vurub. Avtosfer.az xəbər verir ki, "Mercedes"in almaniyalı pilotu bu barədə şəxsi "Facebook" səhifəsində yazıb. 31 yaşlı idmançı bildirib ki, karyerası ərzində yeganə böyük arzusu və məqsədi çempionluq olub.  N.Rosberq ağır əmək, ağrılara rəğmən, çempionluq naminə bir çox şeydən imtina etdiyini vurğulayıb: "Amma indi mən bunu etdim, zirvəyə qalxdım və qərara aldım ki, Formula-1 karyeramı başa vurum. Əvvəlki iki mövsümdə Lüis Hemiltona uduzdum. Bunlar, çox çətin anlar olsa da, məni daha da həvəsləndirdi. Bu mövsümə hər şeyimi qoydum. Nəticədə xeyli çətinliklə çempion oldum. İndi yeni həyata başlama zamanıdır".

Qeyd edək ki, Niko Rosberqin bu il qalib olduğu yarışlar arasında Bakıda keçirilmiş Avropa Qran-prisi də var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh