İlk hidrogen yük avtomobilini təqdim etdi - Nikola Motor

Avtodünya 2 Dekabr 2016 21:00 Oxunub 2225
İlk hidrogen yük avtomobilini təqdim etdi - Nikola Motor
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin altı təkəri var, çəkisi 8,2 tondan 9,5 tona qədərdir

Amerikanın “Nikola Motor Company” şirkəti hidrogen yanacaqlı batareyalarla işləyən dünyada ilk elektirk yük avtomobilini təqdim edib. Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə istehsalçının saytında məlumat yayılıb.  Model “Nikola One” adını alıb. Bu, litium-ion akkumlyatorlarla işləyən tamamən elektrik yük avtomobilidir. Hərəkət zamanı hidrogen yanacaq elementlərindən qidalanırlar. “Nikola One” uzaq məsafələrə səfərlər üçün nəzrədə tutulub. Hərəkət ehtiyatı 1287-dən 1931 km qədər, gücü isə 1000 a.g., avtomobilin altı təkəri var, çəkisi 8,2 tondan 9,5 tona qədərdir. İstehsalçı bəyan edib ki, ilk yük avtomobilləri konveyerdən 2020-ci ildə buraxılacaq. Lizinq proqramına məhdudiyyətsiz hidrogen yanacağı və 72 ay ərzində müntəzəm xidmət daxildir. 

Bundan başqa “Nikola Motor” yanacaq doldurma stansiyası şəbəkəsinin inşaası planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh