"Mercedes-AMG GT" modelinin yeni versiyası təqdim edildi - FOTO

Avtodünya 4 Dekabr 2016 20:00 Oxunub 1508
"Mercedes-AMG GT" modelinin yeni versiyası təqdim edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modelinin maksimal sürəti 330 km/saat-dır

Mercedes AMG GT avtomobili tüninqdən sonra təqdim edilib. Avtosfer.az xəbər verir ki, Almaniyanın "Luethen Motorsport" tüninq şirkəti AMG GT modeli üzərində əməlli-başlı əziyyət çəkib. Tüninq nəticəsində maşın 600 at gücü hasil edir. Avtomobil karbon lifindən hazırlanmış bodi-kitə qovuşub. Bodi-kitə arxa qanadlar, aqressiv görünüşlü ön splitter, yan parçalar və yeni diffuzor daxildir. Bu elementlər avtomobilin asfalta sıxılma gücünü artırır. AMG eyni zamanda yeni disklər, idman üslublu purjinlərlə fəxr edə bilər. Kapotun altına yerləşdirilmiş 4 litr həcmli, V8 tipli tvin-turbo mühərrik ECU sistemi sayəsində gücləndirilib. Əvvəllər 503 at gücü hasil edən aqreqat tüninqdən sonra 612 at gücü hasil edir.

Mercedes AMG GT modelinin maksimal sürəti 330 km/saat-dır.

https://fb-s-b-a.akamaihd.net/h-ak-xpt1/v/t34.0-12/15301293_1142251375852214_1603029618_n.jpg?oh=fa00af6aaf67aed14131d95a68f12706&oe=5844CC4B&__gda__=1480907094_555eac03fbcce32493af4cd52435b86d

https://scontent-frt3-1.xx.fbcdn.net/v/t34.0-12/15300471_1142251379185547_1576855366_n.jpg?oh=8e9acc2694bfa085631bb034b15905bb&oe=58452478

// ölkə.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh