«Təhlükəsizlik kəməri sizi həyata bağlayır» - Real sınaq davam edir - FOTOLAR

Qaydalar 4 Dekabr 2016 23:48 Oxunub 2681
«Təhlükəsizlik kəməri sizi həyata bağlayır» - Real sınaq davam edir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP və «Hed Azərbaycan» kəmərin əhəmiyyətini əyani şəkildə izah edib

Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə davam edir. Dekabrın 4-də "Hed Academi Azerbaijan", Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihənin növbəti mərhələsi baş tutub. Bu mərhələdə də Bakının müxtəlif orta məktəblərindən olan şagirdlər «Park bulvar»da yol hərəkəti təhlükəsizliyi ilə bağlı müxtəlif maarifləndirici çıxışlar ediblər.

«Hed Akademiya»nın rəhbəri Cankat Hurmoğlu bildirib ki, uşaqların bu qədər bilikli olması gələcəyimiz üçün böyük ümidlər yaradır: «Uşaqlar nəsə öyrənirsə və bizə də çağırışlar edirsə, deməli, gələcəkdə təhlükəsizliyi təmin etməkdə çətinlik olmayacaq. Biz «Hed Azərbaycan» olaraq bu cür tədbirlərə həmişə dəstək verməyə hazırıq».

Bugünkü tədbirdə müxtəlif ictimai təşkilatların rəhbərləri, ora məktəb müəllimləri və ictimaiyyət nümayəndələri də iştirak edərək tədbirin əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Azərbaycanda ilk dəfə “Hed Azərbaycan”-a məxsus “Aşma əleyhinə simulyator”dan istifadə edənlərin sayı 100-ə yaxın olub. Onlar bu sınaqdan keçəndən sonra yol hərəkəti qaydaları ilə bağlı təqdim olunan suallara da cavab veriblər və müsabiqənin iştirakçısına çevriliblər. Dekabrın 5-də tədbirin yekunu olaraq DYP rəhbərliyinin, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutacaq yekun mərhələdə suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM və digər tərəfdaşlar tərəfindən dəyərli hədiyyələr təqdim olunacaq. 

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh