Həm maşındır, həm də ev - İstirahətdə otel lazım deyil - VİDEO

Maraqlı 5 Dekabr 2016 01:03 Oxunub 5816
Həm maşındır, həm də ev - İstirahətdə otel lazım deyil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İsmayıllı sakini Əziz Əzizov istirahətini bu maşınla edir

Həm maşındır, həm də ev... Bu maşınla istirahətə gedən nə otel axtarır, nə də qalmağa başqa yer. İsmayıllı sakini Əziz Əzizov istirahətini bu maşınla edir. Əziz Əzizov deyir ki, istrahət edərkən bəzən otel qiymətlərinin baha olması, bəzən də  istədiyi məkanda gecələmək problemi onun bu addımı atmasına səbəb olub. İki ildir ki, Əziz Əzizovun istirahətini asanlaşdıran bu qoşqunun içərisi də burda gecələmək üçün hər şeylə təchiz olunub. Qoşqunu daha da cəlbedici edən isə onun içərisindəki hər şeyin 12 voltluq elektrik enerjisi ilə asanlıqla işləyə bilməsidir.

Turist qoşqu sahibi üçün səyyar ev kimi asanlıqla istifadə oluna bilir. Qoşqunun daxilindəki su və qaz sistemi burada təkcə qalmağa deyil, hətta yemək hazırlamğa da imkan verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh