Metroda divardakı kiçik qapının nə olduğunu bilirsinizmi? - FOTOLAR

Maraqlı 5 Dekabr 2016 02:06 Oxunub 9678
Metroda divardakı kiçik qapının nə olduğunu bilirsinizmi? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metropoliten barədə kiçik bir sirri açmaq istəyirik

Metropoliten, yaxud yeraltı yol sanki ayrı bir dünyadır və hər zaman üçün kiçik, yaxud böyük olmasından asılı olmayaraq hər kəs üçün sirr dağarcığı olub. İstər tunelin iç görünüşü, istər maşinistin yeri, istər qaranlıq tuneldə zaman-zaman rastlaşılan insanlar olsun, hər zaman maraq dairəsindədir. Bu gün metropoliten barədə kiçik bir sirri açmaq istəyirik.

Yəqin ki, hər birimiz perronla üzbəüz durarkən qarşı divardakı qapını görmüşük və bunun nə üçün olduğu barədə heç olmasa bir dəfə özümüzə sual vermişik. Sən demə bu sualın cavabı çox sadə imiş. Çoxlarımız bilir ki, tuneldə divarların içi ilə  kabellər keçir. Bu kabelləri rahat şəkildə dartmaq üçün  hər 10-20 metrdən bir  kiçik dolab boyda divarda dəlik açılır. Bu, elə belə də adlanır: kabel dolabı, yaxud kabel kollektoru. Yeni kabel çəkmək lazım olduqda  onu sadəcə boş boruya salmaq və lazımi istiqamətə yönəltmək lazımdır. Köməkçi isə  borunun digər ucundan həmin kabeli  tutaraq özünə tərəf çəkir, sonra o biri boruya salaraq  digər kabel dolabına göndərir.

Borularda dəliklər bir-birinə yaxın məsafədə açılır. Bu kabeli rahat dartmaq üçündür. Adətən bir stansiyada  2-3 belə dolab olur. Kabel kollektorlarının metropolitenin interyerinə uyğun gəlməsi və sərnişinlərin diqqətini dağıtmamaq üçün üstü ornamentli qapılar və digər bəzəklərlə örtülür.

 

Sfera.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh