Yol hərəkəti qaydalarını yaxşı bilənlər mükafat aldı - FOTOLAR

Qaydalar 5 Dekabr 2016 18:04 Oxunub 2330
Yol hərəkəti qaydalarını yaxşı bilənlər mükafat aldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP və «Hed Azərbaycan» kəmərin əhəmiyyətini "Park bulvar"da əyani şəkildə nümayiş etdirdi

Bakıda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihə başa çatdı. Bu gün "Hed Academi Azerbaijan", Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə «Park bulvar»da baş tutan tədbirdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı müxtəlif maarifləndirici çıxışlar səslənib.

Tədbirdə iştirak edən «Hed Akademiya»nın rəhbəri Cankat Hurmoğlu bildirib ki, bu cür maarifləndirici sosial aksiyalar davamlı olmalıdır və «Hed Azərbaycan» şirkəti dövlət qurumlarının dəstəyi ilə belə layihələrə dəstək verməyə hazırdır. Cankat Hurmoğlu bildirib ki, üç günlük aksiyada yüzlərlə insan iştirak edib və onların təhlükəsizlik kəməri ilə bağlı təsəvvürləri dəyişib.

Millət vəkili Rafael Cəbrayılov isə bildirib ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı təbliğat işinin davamlı olaraq aparılması olduqca vacibdir. Məhz bunun nəticəsidir ki, son illər baş verən yol qəzalarının və ölüm hallarının sayı azalır. Lakin millət vəkili qeyd edib ki, bu il 900-ə yaxın insanın yol qəzalarının qurbanı olması da yaxşı hal deyil.

Rafael Cəbrayılov bu cür maarifləndirici tədbərlərin davamlı olaraq keçirilməsinin tərəfdarı olduğunu deyib.

Deputat Rövşən Rzayev də bildirib ki, belə tədbirlərdə insanların nəyisə əyani şəkildə görməsi və nəticə çıxarması onun gələcəkdə hər hansı səhvə yol verməyəcəyinə zəmanət vermiş olur. Bu baxımdın, yol hərəkəti təhlükəsizliyi hər kəsin diqqət mərkəzində olmalıdır.

Millət vəkili Mahir Abbaszadə isə yol hərəkəti qaydalarının təbliği işinin uşaqlar arasında daha çox aparılmasının tərəfdarı olduğunu qeyd etdi. Çünki yol qəzalarında uşaqların daha çox ziyan çəkdiyini önə çəkən deputat vurğuladı ki, uşaqlar yol hərəkətinin ən zəif iştirakçısıdır və valideynlər son dərəcə diqqətli olmalıdır.

Deputat Şahin İsmayılov da həmkarlarının fikirlərini dəstəkləyərək bildirdi ki, yaxın zamanlarda piyadaların təhlükəsizliyi ilə bağlı yeni layihəyə başlanılacaq. Bu cür sosial layihələrin faydasından danışan millət vəkili qeyd etdi ki, gənclər arasında maarifləndirmə işi çox önəmlidir.

Hüquqşünas Ərşad Hüseynov isə qeyd etdi ki, yol hərəkəti təhlükəsizliyi həssas məsələdir və bu sahədə təbliğat işinin aparılması şər an davamlı olmalıdır. Onun fikrincə, təbliğat işi nə qədər çox aparılarsa, qəzaların və ölənlərin sayı da bir o qədər azalmış olacaq. Ərşad Hüseynovun təbliğat işində əyani vəsaiətlərin olmasını yaxşı hal kimi qiymətləndirdi və "aşma əleyhinə simulaytor"u Bakıda təqdim etdiyi üçün "Hed Azərbaycan"a təşəkkür etdi.

Tədbirə təşkilati dəstək verən "Park bulvar"ın PR meneceri Günay Malikqızı bildirdi ki, təmsil etdiyi qurum belə aksiyalara dəstək verməyə hər zaman hazırdır və son 3 gündə simulaytora olan maraq, habelə iştirakçıların sayının çoxluğu işin keyfiyyətindən xəbər verir.

Tədbirin sonunda “Hed Azərbaycan”-a məxsus “Aşma əleyhinə simulyator”dan istifadə edərək yol hərəkəti qaydaları ilə bağlı müsabiqəyə qatılmış 300 nəfər arasında fərqlənən 3 nəfərə "Hed Azərbaycan", "Park bulvar" və DYP tərəfindən qiymətli hədiyyələr təqdim olundu.

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir.

Tədbirin media dəstəkçisi Avtosfer.az və Modern.az saytları idi.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh