Müəmmalı ulduzun yadplanetlilərlə əlaqəsi olduğu güman edilir

Maraqlı 5 Dekabr 2016 20:00 Oxunub 1242
Müəmmalı ulduzun yadplanetlilərlə əlaqəsi olduğu güman edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yer kürəsindən 1500 işıq ili uzaqlığında yerləşir

Mütəmadi olaraq parlaqlığını 20% dəyişən müəmmalı KIC 8462852 ulduzu, bir çox alimlərin marağına səbəb olub. Alimlər əmindirlər ki, sözügedən ulduzun öz parlaqlığını mütəmadi olaraq dəyişməsinin səbəbi onun ətrafında yadplanetli sivilizasiyanın olmasıdır. Bundan əlavə onların fikrincə həmin sivilizasiya öz ehtiyaclarını ödəmək üçün ulduzun enerjisindən istifadə edirlər. Avtosfer.az technote.az-a istinadən xəbər verir ki, bu nəzəriyyəni almaniyalı fizik Eduard Heindl irəli sürüb. "Texniki nöqteyi nəzərdən yüksək inkişaf etmiş və KIC 8462852 ulduzunun planetlərindən birində yaşayan yadplanetlilər, ulduzdan enerjini almağa imkan verən xüsusi texnologiya yaratmış ola bilərlər. Həmin texnologiya o dərəcədə güclüdür ki, onun vasitəsilə ulduzdan enerji alınan zaman, ulduz öz parlaqlığını 20% aşağı salır” – deyə Heindl qeyd edib. Öz sözlərinin sübutu kimi alim bu prosesin sadə nəzəri modelini yaradıb. KIC 8462852 ulduzu Yer kürəsindən 1500 işıq ili uzaqlığında yerləşir. Ölçüsünə görə o, Günəşdən 1.5 dəfə böyükdür. Ulduzun özünün belə qəribə aparmasının isə hələki rəsmi bir elmi izahı yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh