Dizel mühərrikləri üçün yağ növləri yaradıldı - Azərbaycanda

Yeniliklər 5 Dekabr 2016 21:30 Oxunub 2486
Dizel mühərrikləri üçün yağ növləri yaradıldı - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müxtəlif növ nəqliyyat vasitələri üçün transmissiya yağları yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi AMEA Təcrübə-Sənaye Zavodunda olub. Avtosfer.az xəbər verir ki, bu barədə İnstitutdan apa-ya verilən məlumata görə, AMEA-nın alimləri zavod mühəndislərinin iştirakı ilə respublikanın sürtkü materiallarına olan tələbatının ödənilməsi mövzusunda müzakirə aparıblar. Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, son illərdə respublikamızın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış aşqarlar əsasında müxtəlif təyinatlı dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün isə transmissiya yağları yaradılıb, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilib.

Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov isə AMEA rəhbərliyinin təşəbbüsü ilə zavodda müasir standartlara uyğun sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriyaların yaradıldığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh