Polis mayorunun öldüyü qəzanın görüntüləri – VİDEO

Yol polisi 5 Dekabr 2016 19:33 Oxunub 2497
Polis mayorunun öldüyü qəzanın görüntüləri – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar aparılır

Xəbər verdiyimiz kimi, Xaçmazda yol qəzası baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb. Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomaşınla toqquşub. Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Xaçmaz rayonu, Müşkür kənd sakini 52 yaşlı Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini, 45 yaşlı Yarəliyev Allahverən Zülfüqar oğlu olub. Qəza zamanı "VAZ 21015" də olan sərnişinlər Masallı rayon Ərkivan kənd sakinəri 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh