Vaxt o qədər azdır ki, qaçmasan yolu keçmək olmur - VİDEO

Xəbərlər 6 Dekabr 2016 01:20 Oxunub 1614
Vaxt o qədər azdır ki, qaçmasan yolu keçmək olmur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Xətai" metrostansiyasının qarşısındakı keçiddə insanlar yarışa çıxıb

Piyadalar yolu keçərkən təxminən 40 metrlik məsafədə iki işıqforda gözləməli olur. Nəticədə avtobusların da sıx olduğu yerdə tıxac yaranır. İnsanlar ləngiyir... Görüntülər Bakıda "Xətai" metrostansiyasının qarşısındandır. Piyadaların, ortasında park olan yolu keçməsi üçün quraşdırılmış işıqforun müddəti azdır. Nəticədə yolun bir istiqamətini keçən piyadalar digər istiqamətini keçmək üçün yenə gözləməli olurlar. Gözləməmək üçün piyadalar yolu qaçaraq keçməlidir.

Çəkiliş etdiyimiz vaxt ərzində ikinci işıqforu gözləməyə səbri çatmayıb yolu qaçaraq keçməyə çalışanlar az deyildi. Belə piyadalar polis əməkdaşları tərəfindən cərimə olunur. Piyadalar bu yolun günün pik vaxtlarında daha da təhlükəli olduğunu və ərazidə polis olmasa özünü təhlükəyə atanların sayının çox olduğunu söyləyirlər.

Yolu keçərkən qaçanların əksəriyyəti isə dərsə tələsən tələbələrdir.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Mais Əlizadə işıqforun vaxtının az olmasını araşdılacağını bildirdi. Onun sözlərinə görə, əgər həqiqətən orda sərnişinlər üçün problem yaranırsa işıqforun müddəti artırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh