Dayanacaq yoxdur, monitor var - VİDEO

Qaydalar 6 Dekabr 2016 01:24 Oxunub 1819
Dayanacaq yoxdur, monitor var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların gəliş-gedişini göstərən monitor küçə ortasında sahibsiz qalıb

Paytaxtın Nizami rayonunda avtobus dayanacağı sökülüb başqa yerə köçürülsə də, bunu edənlər monitoru götürməyi unudublar. Avtobusların gəliş-gedişini göstərən monitor küçə ortasında sahibsiz qalıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən qoyulan müasir dayanacağın bir hissəsi yarımçıq halda yol kənarında qalıb. Yoldan keçənlər isə bu mənzərə qarşısında ayaq saxlayıb burda nə baş verdiyini anlamağa çalışırlar. Görüntülər paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində sökülüb başqa yerə köçürülən avtobus dayanacağındandır. Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etdik. Bildirdilər ki, həmin ərazidə nəqliyyatın sürətli axınını təmin etmək üçün dayanacaq olduğu yerdən sökülərək başqa yerdə quraşdırılıb. Həmin monitorun isə kommunikasiya xətləri ilə işlədiyindən bu xəttlərin yeni dayanacağa yönləndirilməsi işi aparılır və qısa zamanda monitor həmin ərazidən götürüləcək dayanacaqda quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh