Lyuis Hemilton: "Yaxın 10 ildə idmanı tərk etmək fikrim yoxdur"

Avtoreyd 6 Dekabr 2016 19:30 Oxunub 1626
Lyuis Hemilton: "Yaxın 10 ildə idmanı tərk etmək fikrim yoxdur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təqaüdə çıxmaq fikrində deyiləm"

Məşhur pilot Lyuis Hemilton hələ yaxın 10 il ərzində "Formula-1" yarışlarında iştirak etmək niyyətindədir. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" karyerasını başa vurmaq niyyətində deyil. Pilot bildirib: "Təqaüdə çıxmaq fikrində deyiləm. Yaxın 10 il ərzində "Formula-1" yarışlarında iştirak etmək niyyətindəyəm".

Hemilton üçqat dünya çempionudur (2008, 2014 və 2015). O, Qran-Pri yarışlarında 51 mərhələnin qalibi olub. Bu sahədə birinci yer 91 qələbə ilə Mixael Şumaxerin balansındadır.

Qeyd edək ki, 2 dekabr tarixində Hemiltonun komanda yoldaşı Niko Rosberq idman karyerasını başa vurduğunu bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh