Avtomobil yolu çökdü: 4 kəndin rayonla əlaqəsi çətinləşdi

Gündəm 6 Dekabr 2016 12:30 Oxunub 1221
Avtomobil yolu çökdü: 4 kəndin rayonla əlaqəsi çətinləşdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 metrdən artıq ərazini əhatə edən yolda avtomobillərin hərəkəti çətinləşib

Şamaxı-Qızmeydan avtomobil yolunun bir hissəsində çökmə olub. Avtosfer.az xəbər verir ki, yolun bir hissəsində baş verən uçqun nəticəsində asfalt örtük çöküb. 10 metrdən artıq ərazini əhatə edən çökmə nəticəsində yolda avtomobillərin hərəkəti çətinləşib. Yolun çökməsi Şamaxının 4 kəndinin mərkəzlə əlaqəsini çətinləşdirib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hadisə barədə təmsil etdiyi qurumda məlumat var: "Bu yol sürüşmə zonasında yerləşir. Həmin yolda bir-neçə dəfə sürüşmə baş verib və bu ərazilər bərpa edilib. Hazırda "Azəravtoyol" ASC hadisə yerinə texnika və işçi qüvvəsi cəlb edib. Ərazidə sürüşmənin fəsadları aradan qaldırılır".

A.Nəcəfli bildirib ki, yolda sürüşmə baş versə də, ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmayıb və avtomobillərin hərəkəti davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh