Bakıda keçirilən hərracda 5 nəqliyyat vasitəsi özəlləşdirildi

Avtobazar 6 Dekabr 2016 20:36 Oxunub 2076
Bakıda keçirilən hərracda 5 nəqliyyat vasitəsi özəlləşdirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komitə tərəfindən növbəti hərrac 13 dekabrda keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. Avtosfer.az xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Budəfəki hərracda özəlləşdirilmiş 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, yerdə qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 74 min 800 manata özəlləşdirilən "Vüqar" şadlıq evi isə hərracda yüksək qiymətə satılmış növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.

Komitə tərəfindən növbəti hərrac 13 dekabrda keçiriləcək. Hərraca çıxarılan 101 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 19-u istifadəsiz qeyri-yaşayış sahəsi və 16-sı nəqliyyat vasitəsidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh