Dostunun maşını ilə toya gedən sürücü "Lexus"u divara çırpdı - Ağdamda

Qəzalar 6 Dekabr 2016 13:52 Oxunub 1161
Dostunun maşını ilə toya gedən sürücü "Lexus"u divara çırpdı - Ağdamda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Divarı uçurub həyətə girən avtomobil daha sonra ev sahibini vurub

Ağdamda dostunun maşını ilə toya gedən sürücü idarəetməni itirərək əvvəlcə daş divarı uçurub, daha sonra həyətdə ev sahibini əzib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. Rayon sakini Ruslan Hüseynov dostu Qabil Abbasova məxsus 99 HS 066 dövlət nömrə nişanlı,  “Lexus” markalı avtomobili idarə edərkən idarəetməni itirib, maşını Quliyev İlhamiz Abbas oğlunun evinin daş divarına çırpıb. Divarı uçurub həyətə girən avtomobil daha sonra ev sahibi İ. Quliyevi vurub. Xəsarət alan ev sahibi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. 

Faktla bağlı araşdırma başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh