Bakıda 11 can alan ölüm yolu... - FOTO

Yazarlar 6 Dekabr 2016 15:16 Oxunub 1916
Bakıda 11 can alan ölüm yolu... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İllərdir ki, burada yerüstü piyada keçidi olacağını desələr də, heç bir iş görülməyib"

Xəzər rayonu, Bilgəh magistral yolu insanların kabusuna çevrilib. Magistral yola yaxın olan Buzovna qəsəbəsi, “Xrustalnıy” adlanan ərazidə 11 sakin“ölüm yolu”nun qurbanı olub. Magistral yolda piyada keçidləri olmadığından ətrafda yaşayan sakinlər qarşı yola keçmək üçün özlərini təhlükəyə atırlar. Bu yerdə yolları bir-birindən ayıran dəmir bardyorları açaraq, piyadaların yolun təhlükəli hissəsindən keçməsinə şərait də yaradırlar. Ən pisi odur ki, həmin yerlədə piyadaların keçməsinə icazə verən və sürücüləri bu barədə xəbərdar edən nə bir işarə var, nə də bir zolaq... Yüksək sürətli yolda şütüyən sürücülərsə bardyorların bölündüyünü və piyadalar üçün süni keçid açıldığı ağıllarına belə gətirməzlər. 

Avtosfer.az xəbər verir ki, bu barədə Malik Musayev küçəsinin sakinləri musavat.com-un əməkdaşına bu təhlükəli yolun qəsəbədə 11 nəfərin ölümünə səbəb olduğunu deyirlər: “Bu yolda 11 nəfər ölüb. İllərdir ki, burada yerüstü piyada keçidi olacağını desələr də, heç bir iş görülməyib. Vətəndaşlar yolun təhlükəli olması barədə dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də faydası olmayıb. 

Hazırda Sabunçu dairəsində keçid tikirlər. Sonra buraya gəlməlidirlər. Xüsusən məktəblilər və yaşıllılar üçün olduqca çox təhlükəlidir. Ani bir diqqətsizlik bədbəxt hadisələrlə nəticələnə bilər. Bu yol çox anaların gözünü yaşlı qoyub. Piyada keçidi bizim ərazidən 3 kilometr məsafədə uzaqdadır. Oraya gedib, qarşı yola keçmək isə mümkünsüzdür”.

http://s018.radikal.ru/i528/1612/d0/ed6c2871313d.jpg

http://s04.radikal.ru/i177/1612/a8/c9a675e171b7.jpg

http://s019.radikal.ru/i637/1612/e1/17cc21fae8b6.jpg

http://s008.radikal.ru/i305/1612/92/2960be70a85f.jpg

http://s019.radikal.ru/i610/1612/fa/9a4fe707bf83.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh