"Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu iki həftəlik bağlanacaq

Gündəm 6 Dekabr 2016 15:30 Oxunub 1185
"Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu iki həftəlik bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir-bərpa işləri aparılacaq

Dekabrın 7-dən etibarən Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır: ""Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər".

"Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh