Qəzada ölən azərbaycanlı məşhurlar - SİYAHI

Yazarlar 6 Dekabr 2016 16:25 Oxunub 6655
Qəzada ölən azərbaycanlı məşhurlar - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çox tanınmış sima qəza zamanı dünyasını dəyişib

Sənət aləminin bir çox tanınmış siması qəza zamanı dünyasını dəyişib. Avtosfer.az axşam.az-a istinadən qəzada ölən yerli məşhurların siyahısını təqdim edir:

Müğənni Şəfa Hüseynova - 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön" və "Sevgi qatarı" mahnıları ilə tanınıb. 

Reper Hüseyn Dərya - 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. 

Müğənni Rəcəb Musayev - Tamaşaçılar Rəcəbi "Yeni ulduz 2" müsabiqəsindən tanıyırdı. Yarışmanın qalibi olmuşdu. Mərhum müğənni 2011-ci ildə yanvarın 8-də yol qəzası keçirib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müğənni Leyla - Leyla da tamaşaçılara "Yeni ulduz" müsabiqəsindən tanışdır. O, eyni zamanda "Əziz müəllimim" adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Leyla gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib. 

Aktyor Ramiz Əliyev - Hər kəs onu "Çal-çağır" verilişində Böyük xanım rolu ilə tanıyırdı. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru idi. 2008-ci il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh