Bu sürücü hərəkəti hansı sürətlə davam etdirə bilər? - DOĞRU CAVAB

Yarışma 7 Dekabr 2016 01:13 Oxunub 3445
Bu sürücü hərəkəti hansı sürətlə davam etdirə bilər? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yaşayış məntəqəsindən kənar avtomagistral olmayan yolun bu hərəkət zolağında minik avtomobilinin sürücüsü hərəkəti hansı sürətlə davam etdirə bilər?

a) 50 km/saat-dan az olmayan şəraitə uyğun istənilən sürətlə;

b) 50 km/saat-dan az, 90 km/saat-dan çox olmayan sürətlə;;

c) 90 km/saat-dan çox olmamaqla şəraitə uyğun istənilən sürətlə.

Sualın doğru cavabı belədir: 4.7 və 7.14 nişanlarının birgə tətbiqi o deməkdir ki, yaşayış məntəqəsindən kənar avtomagistral olmayan yolun bu hissəsində sol hərəkət zolağında minimal sürət həddi 50 km/saat müəyyən edilib. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yaşayış məntəqəsindən kənar avtomagistral olmayan yolun bu hərəkət zolağında minik avtomobilinin sürücüsü hərəkəti 50 km/saat-dan az, 90 km/saat-dan çox olmayan sürətlə davam etdirə bilər.

Suala ilk doğru cavabı Fərid adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh