Bir kilometrdən artıq məsafədə dayanacaq yoxdur - VİDEO

Xəbərlər 7 Dekabr 2016 02:30 Oxunub 1394
Bir kilometrdən artıq məsafədə dayanacaq yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər xeyli yolu piyada getmək məcburiyyətində qalırlar

Nərimanov rayonu Təbriz küçəsində xeyli məsafədə avtobus dayanacağı yoxdur. Dayanacağın biri Təbriz 41 ünvanında, növbəti isə metronun 28 may stansiyasının yanındadır. Sakinlərin sözlərinə görə, əvvəl bu məsafədə əlavə 2 dayanacaq olub. Lakin sonradan ləğv edilib. Əslində isə azı 1 dayanacağa ehtiyac var.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, problemlə əlaqədar qurumun 141 nömrəli qaynar xəttinə də müraciətlər daxil olub. Agentliyin əməkdaşları tərəfindən araşdırma aparılıb və yaxın günlərdə həmin ərazidə 1 dayanacaq quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh