"Bugatti Type" 57S Cabriolet hərracda - FOTO

Avtodünya 7 Dekabr 2016 21:00 Oxunub 1563
"Bugatti Type" 57S Cabriolet hərracda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac "RM Sotheby" şirkəti tərəfindən təsis edilib

"Bugatti"nin çox nadir Type 57S Cabriole modeli hərracda satılacaq. Avtosfer.az xəbər verir ki, avtomobil 1937-ci ildə istehsal edilib. Avtomobil "Amelia İsland" hərracında satışa çıxarılacaq. Hərrac "RM Sotheby" şirkəti tərəfindən təsis edilib. Bugatti Type 57S Cabriolet modeli 57513 nömrəli şassiyə malikdir və Parisin "Vanvooren" atelyesi tərəfindən istehsal edilən 3 avtomobildən biridir.

Hərrac evindən bildirilib ki, avtomobil təmir edilmədiyi üçün ideal vəziyyətdə deyil. Bununla belə kabrioletin orijinal ehtiyat hissələri var və bu sənədlə təsdiq edilir.

Avtomobilin 8 milyon dollardan baha satılacağı planlaşdırılıb və satış mart ayında baş tutacaq.

http://www.olke.az/newsphotos/2016/12/06/xg.jpg.pagespeed.ic.QCDyAPM22u.jpg

http://www.olke.az/newsphotosession/2016/12/06/bg15.jpg.pagespeed.ce.Wj7ipx5Gry.jpg

http://www.olke.az/newsphotosession/2016/12/06/bg11.jpg.pagespeed.ce.qqj9x5Jbch.jpg

http://www.olke.az/newsphotosession/2016/12/06/bg12.jpg.pagespeed.ce.8UG4dTDahJ.jpg

http://www.olke.az/newsphotosession/2016/12/06/bg13.jpg.pagespeed.ce.2cxfBdEfud.jpg

//ölkə.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh