Avtobuslarda qızdırıcı sistem ya yoxdur, ya da ki işləmir - VİDEO

Qaydalar 7 Dekabr 2016 22:19 Oxunub 1509
Avtobuslarda qızdırıcı sistem ya yoxdur, ya da ki işləmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu isə sərnişinlərin narazılığına səbəb olur

Bir sıra marşrut xətlərində fəaliyyət göstərən avtobuslarda qızdırıcı sistem ya yoxdur ,ya da ki işləmir. Bu isə sərnişinlərin narazılığına səbəb olur. Söhbət Paytaxt ərazisində olan həm şəhərdaxili ,həm də qəsəbə və kəndlərə işləyən avtobuslardan gedir.Məsələn şəhər daxilində işləyən 32,46, və 96 saylı marşurt avtobuslarında bu problem var.

Qəsəbə və kəndlərə işləyən 139, 148, 166, 173 və 198 saylı marşurt avtobuslarında isə ya qızıdırcı sistem işləmir yada ki sürücülər bu sistemi işə salmırlar..Hər halda sərnişinlər belə deyir.

Bəzi avtobusların içərisində olan hava ilə çöldəki hava arasında heç bir fərq yoxdur.Çünki avtobusun içərisinin texniki vəziyyəti yaxşı olmadığından çöldəki hava içəri daxil olur.Sərnişinlərin sözlərinə görə,avtobusda qızdırıcı sistem olmasına baxmayaraq sürücülər bunu qoşmurlar.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirldi ki,aşkar edilən nəqativ halla bağlı artıq sahibkarlara xəbərdarlıq edilib.Növbəti dəfədə belə hal müşahidə edilsə daşıyıcılar barəsində qanuna müvafiq ölçü götürüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh