Beş maşının süşəsini sındırıblar, sonra isə… - VİDEO

Xəbərlər 8 Dekabr 2016 17:10 Oxunub 2312
Beş maşının süşəsini sındırıblar, sonra isə… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlardan birindən təxminən 1500-2000 manatlıq mal aparıblar

Sumqayıt şəhərində eyni həyətdə yaşayan sakinlər gözləmədəkləri halla üzləşiblər. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, 14-cü məhəllədə yerləşən binanın həyətində 5 maşından oğurluq edilib. Oğrular maşınların şüşələrini, güzgülərini eyni üsulla sındırıblar, hamısının qapısını əziblər. Maşınlardan birindən təxminən 1500-2000 manatlıq mal aparıblar. Bundan başqa Toyota Prado markalı avtomobilin akkumlyatorunu çıxarıblar.

Avtomobil sahibləri baş verənləri oğurluqdan daha çox məqsədli ziyan vurmaq niyyəti ilə edilmiş hərəkətə oxşadırlar. Çünki maşınların şüşələri sındırmaqla yanaşı qapılarının əzilib və güzgülərinin sındırılması belə düşünməyə əsas verir.

Zərərçəkmişlər hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh