Qapısı açıq avtobus sürən sürücü cəzalandırıldı

Qaydalar 8 Dekabr 2016 20:00 Oxunub 1594
Qapısı açıq avtobus sürən sürücü cəzalandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət rəhbərliyi sürücünün izahatını alaraq ona qarşı töhmət elan edib

216 nömrəli avtobusun sürücüsünə töhmət verildi. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, noyabrın 30-da bir sıra informasiya saytlarında 216 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birinin qapısının açıq vəziyyətdə idarə edilməsi ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatda bildirlir ki, sürücü həddən artıq sərnişin mindirdiyindən avtobusun qapısı bağlanmayıb və nəqliyyat vasitəsi 300 metr məsafədə bu vəziyyətdə idarə edilib. Məsələ ilə bağlı yayılan məlumat Bakı Nəqliyyat Agentliyi tərəfindən qeydə alınaraq, dərhal faktın araşdırılmasına başlanılıb. Nəticədə məlum olub ki, həqiqətən də 216 saylı marşrut xətti üzrə hərəkət edən 90 RE 366 dövlət qeydiyyat nömrəli marşrutun sürücüsü Qəniyev Cavid Rafiq oğlu avtobusa həddən artıq sərnişin mindirdiyindən, nəqliyyat vasitəsini qapısı açıq vəziyyətdə idarə edib. Marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkətin rəhbəri Bakı Nəqliyyat Agentliyinə dəvət olunub və izahatı alınıb. Öz növbəsində, şirkət rəhbərliyi sürücünün izahatını alaraq ona qarşı töhmət elan edib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh