Sərxoş sürücü qəza törətdi - Yaralandı

Qaydalar 9 Dekabr 2016 00:51 Oxunub 1672
Sərxoş sürücü qəza törətdi - Yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Şəmkir rayonunda avtomobil qəzası baş verib. Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Posanlı kəndində olub. Sərxoş halda "VAZ" markalı avtomobili idarə edən İsmaylov Eynar Ələddin oğlu idarəetməni itirib, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.  Nəticədə sürücü, Şəmkir rayon Posanlı kənd sakini, 1969-cu il təvəllüdlü E.İsmaylov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh