Xalq artistinin müğənni oğlunun maşını əlindən alındı - HƏBS QOYULUB

Avtodünya 9 Dekabr 2016 01:02 Oxunub 5549
Xalq artistinin müğənni oğlunun maşını əlindən alındı - HƏBS QOYULUB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə Məmmədbağır Bağırzadənin oğlu barəsində belə qərar verib

Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib. Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı “Kia” markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib. R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh