Bakıda AA seriyalı avtomobillə qaydaları belə pozdular - VİDEO

Xəbərlər 9 Dekabr 2016 09:07 Oxunub 3736
Bakıda AA seriyalı avtomobillə qaydaları belə pozdular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirliyə məxsus avtomobilin qayda pozuntusu anbaan kameraya düşdü

Bakıda nazirliklərdən birinə məxsus avtomobil ciddi qayda pozuntusuna yol verərək qəza şəraiti yaradıb. Hadisə dekabrın 6-da səhər saatlarında baş verib. Belə ki, səhər saat  08:50 radələrində Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən 10 AA 184 dövlət nömrə nişanlı qara rəngli “Mercedes” avtomobili ciddi qayda pozuntusuna yol verib. Sözügedən avtomobilin sürücüsü sağ zolaqla hərəkət etdiyi halda qəfildən sürətlə yolun soluna istiqamət götürərək “Hökumət Evi”nə daxil olub. 

Avtosfer.az repost.az-a istinadən həmin vaxt çəkilmiş görüntüləri təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh