Millinin futbolçusundan tərbiyəsizlik - Avtobus sürücüsünü söydü

Qaydalar 10 Dekabr 2016 23:30 Oxunub 5816
Millinin futbolçusundan tərbiyəsizlik - Avtobus sürücüsünü söydü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Media nümayəndələrinin hadisə yerinə gəldiyini eşidən Burak cəld aradan çıxıb

Karyerasını Çində davam etdirən Burak Yılmaz Türkiyəyə gələn kimi aləmi bir-birinə vurub. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, 31 yaşlı forvard avtomobilini avtobus dayanacağında saxlayaraq qalmaqala səbəb olub. Dayanacaqdan adam götürə bilməyən avtobus sürücülərindən biri ona irad bildirib. Bu, Burakın xoşuna gəlməyib və o, “Cip”dən düşərək sürücünün üstünə şığıyıb. Onun sürücüyə qarşı nalayiq ifadələr işlətdiyi deyilir. Bir neçə dəqiqəlik söz davasından sonra ətrafdakıların müdaxiləsi sayəsində ara sakitləşib. Media nümayəndələrinin hadisə yerinə gəldiyini eşidən Burak cəld aradan çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh