Hollandiyalı memarlar heyrətləndirdi - FOTO

Texnologiya 10 Dekabr 2016 16:00 Oxunub 2286
Hollandiyalı memarlar heyrətləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünya 2002-ci ildə “Akvadakt Veluvemir” adlı köprüyə heyran olub

Hollandiyalı memarlar ölkənin şərqindəki Hardervijk bölgəsində “Akvadakt Veluvemir” adlı yol çəkiblər. Lakin bu yol digər yollardan çox fərqlənir.

Avtosfer.az xəbər verir ki, dünya 2002-ci ildə “Akvadakt Veluvemir” adlı köprüyə heyran olub. Burada əsas quru hissəni Flevolanda bağlayan yolun bir hissəsi gölün altında keçir.

http://a24.az/files/uploads/2016/12/mega-yacht-crossing-an-aqueduct-over-a-highway-55680.jpg

2002-ci ildə istifadəyə verilən yolun uzunluğu 25m, eni isə 19 m-dir. Yol ürədindəki hissədə gölün dərinliyi 3 m-dir. Bu, göldən kiçik qayıqların keçməsinə imkan verir. Yolun su altında qalan hissəsindən gündə təxminən 28 min avtomobil keçir. Yolun kənarında isə gözəl mənzərədən zövq almaq istəyənlər üçün piyada yolları vardır.

http://a24.az/files/uploads/2016/12/aqueduct-veluwemeer-42-768x575.jpg

Yolu salmazdan əvvəl bu quru hissələrinin bir-birilə birləşdirilməsi üçün müxtəlif layihələr düşünülüb. Lakin bunların hər biri böyük məsrəflər tələb etdiyinə görə ən uyğun olan su altından keçən layihə qəbul edilib.

http://a24.az/files/uploads/2016/12/YVJjVPM-e1481351556950.jpg

Qəbul edilən bu qərarla həm quruda, həm də dənizdə yaranacaq tıxacın qarşısı alınıb. Ən sonda xəyalda olan yol layihəsi həyata keçərək istifadəyə verilib. //“a24.az”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh