İkinci qrup əlili vurub qaçan sürücü cəzasız qalıb - Polisdən münasibət

Xəbərlər 12 Dekabr 2016 03:49 Oxunub 1442
İkinci qrup əlili vurub qaçan sürücü cəzasız qalıb - Polisdən münasibət
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis: "Belə bir hadisənin bağlı qalması heç kimə sərf etmir"

“Bacım oğlu 59 yaşlı Sevindik Qurbanovu dekabrın 2-də avtomobil vurub. Sürücü zərərçəkəni vurduqdan sonra hadisə yerindən qaçıb. Sevindiyi dərhal xəsətxanaya yerləşdirdik. Hadisənin üzərindən 8 gün keçməsində baxmayaraq, hələ də bacım oğlunu ölümcül yaralayan sürücü barəsində tədbir görülməyib”. Bu sözləri zərərçəkən Sevindik Qurbanovun dayısı Akif Hüseynov deyib. Onun sözlərinə görə, hadisə Qaradağ rayonu ərazisində Binə Ticarət Mərkəzinin qarşısında baş verib. Şikayətçi bildirib ki, polis idarəsindən avtomobilin müəyyən edildiyini desələr də, sürücü saxlanılmayıb. “Biz qəzanı törədən sürücünün cəzalandırılmasını istəyirik. İşi Qaradağ rayon Polis İdarəsi araşdırır. Mən dekabrın 5-də rayon polisinə rəsmi müraciət etmişəm ki, qəza baş verəndən sonra zərərçəkənlə maraqlanan olmayıb. Mənim müraciətimdən sonra dekabrın 8-də xəstəxanaya ekspertiza üçün həkim göndərilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilib. Onun xəsarətləri barədə rəy polisə təqdim edilib. İdarədən bizə məlumat verilir ki, avtomobil müəyyən edilib. Hazırdan sürücünün saxanılması üçün tədbirlər görülür. İlkin məlumata görə, zərərçəkən 42 – 366  (şikayətçi avtomobilin dövlət qeydiyyat nömrəsinin seriyasını bilmədiyini deyir) dövlət qeydiyyat nömrəli avtomobil tərəfindən vurulub. Hamı deyir ki, qaçan sürücü axtarılır. Amma heç bir nəticə yoxdur.

Zərərçəkənin qohumunun sözlərinə görə, avtomobil vurduqdan sonra Sevindik ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. “Bir neçə gün orda qaldıqdan sonra palataya keçirildi. Onun bədəninin bir neçə hissəsində sınıq aşkar edilib. Danışa bilsə də, hərəkət qabiliyyəti yoxdur. Həmçinin zərərçəkən  2-ci qrup əlildir”.

Məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Polis İdarənin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Ələddin Baxşıyev missiya.az-a hadisənin polis tərəfindən təsdiq olunduğunu bildirdi: “Hadisəni törətdiyi ehtimal edilən "06" markalı avtomobil müəyyən edilib. Həmin  avtomobilin saxlanılması üçün əməliyyat  tapşırığı verilib. Əməliyyatın icrasın idarə rəisi tərəfindən yol polisi şöbəsinə həvalə olunub. Hadisə barəsində ekspertiza keçirilib. Deyilənlər əsasında avtomobilin nömrəsi də müəyyən edilib. Belə bir hadisənin bağlı qalması heç kimə sərf etmir”.

Ələddin Baxşıyevin bildirib ki, sürücünün hadisə yerindən qaçması onun cəzasını ağırlaşdırır. “Sürücü xəsarət yetirdiyi şəxsi təhlükədə qoyması ayrıca maddədir. Bu hal sürücünün məsuliyyətsizliyini göstərir. Gərək hadisə baş verdikdən sonra avtomobili saxlayıb, xəsarət alan şəxsə köməklik göstərərdi. Sürücü qaçmaqla heç nə əldə edə bilməyəcək. Uzağı 10-15 gün məsuliyyətdən yayına bilər. Sürücü əvvəl-axır tapılıb, gətiriləcək”. 

Ümid edirik ki, yaxın müddət ərzində hadisəni törədən sürücü hüquq-mühafizə orqanları tərəfindən tapılaraq cəzalandırılacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh