

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə dayanan nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydalarını pozurmu?
a) Pozmur;
b) Əgər hərəkət zolaqlarını ayıran 1.1 xətti ilə nəqliyyat vasitəsi arasında 3 m-dən az məsafə qalırsa, pozur;
c) Hər bir halda pozur.
QEYD: Cavabları yalnız sualların altındakı xanada yazasınız.
Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Suala doğru cavab verib qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanacaq (Smsradar.az – 055 288 11 27).
Avtosfer.az saytı isə sualın qalibinə 5 manatlıq danışıq kartı hədiyyə edəcək. (0703351559)