Hərəkəti hansı istiqamətdə davam etdirə bilər?  - DOĞRU CAVAB

Yarışma 13 Dekabr 2016 01:17 Oxunub 2649
Hərəkəti hansı istiqamətdə davam etdirə bilər?  - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücüsü bu yolayrıcında hərəkəti hansı istiqamətdə davam etdirə bilər?

a) İstənilən (sağa, düzünə, sola, geriyə) istiqamətdə;

b) Yalnız sola;

c) Düzünə, sola və ya geriyə.

Sualın doğru cavabı belədir: 5.10.3 nişanı kəsişən yolda hərəkətin sola istiqamətlənməklə birtərəfli olduğunu və nəqliyyat axınına qarşı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olduğunu bildirir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Sürücüsü bu yolayrıcında hərəkəti düzünə, sola və ya geriyə davam etdirə bilər.

Suala ilk doğru cavabı Raqif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh