Maşınları həm də yeni doğulan uşaqlar üçün bəzətdirirlər - VİDEO

Avtodünya 13 Dekabr 2016 22:47 Oxunub 16777
Maşınları həm də yeni doğulan uşaqlar üçün bəzətdirirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sadə bəzədilməsi 60 manat, dəbdəbəli bəzədilməsi isə 200 manata başa gəlir

Qapılara bağladıqları lentə, daha sonra tül əlavə  edirlər. Tülə forma verdikdən sonra isə üzərinə şar yapışdırırlar. Gəlin maşını bəzəyən gül dükanları təyinatlarını başqa istiqamətə də yönəldiblər. Çünki yeni doğulan uşağı xəstəxanadan dəbdəbəli çıxarmaq ənənəsi yeni gəlir mənbəyinə yol açıb. Gül dükanlarına müraciətlər, uşağın atası, dayısı, əmisi və hətta atasının dostları tərəfindən olunur. Uşağı xəstəxanadan çıxarmaq üçün avtomobilin sadə bəzədilməsi 60 manat, dəbdəbəli bəzədilməsi isə 200 manata başa gəlir.

Çox insan sadə bəzəyə üstünlük versə də qeyri-adi tələb edənlər də var. Müştəri məmnuniyyəti əsas olsa da satıcılar bəzən ondan imtina etməli olurlar.

Son zamanlar müraciət edənlər isə yeni il atributlarını da bəzəyə daxil etmək istəyir. Əkiz övlad sahibi olanlar isə avtomobili həm çəyrayı, həm də mavi rənglə bəzəməyə üstünlük verirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh