Meyvə-tərəvəz yetişdirən avtomobil – Yeni İXTİRA - VİDEO

Avtodünya 13 Dekabr 2016 23:36 Oxunub 1921
Meyvə-tərəvəz yetişdirən avtomobil – Yeni İXTİRA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin ön şüşəsində “Oasis” adlı xüsusi bir bölmə yerləşdirilib

İsveçrədə mini bağçaya malik elektroavtomobil düzəldilib. Yenilik gələn ilin yanvarında ictimai baxışa təqdim ediləcək. Teleqraf.com xarici KİV-ə istinadən bildirir ki, İsveçrənin “Rinspeed” şirkəti  bitki becərilməsi üçün mini bağça ilə təchiz edilmiş elektroavtomobilin konseptini təqdim edib. Avtomobilin ön şüşəsində “Oasis” adlı xüsusi bir bölmə yerləşdirilib. Burada istəyə görə dekorativ bitki növlərindən tutmuş, meyvə və tərəvəz də yetişdirmək mümkündür. Bunun üçün də həmin bölmə xüsusi hidroponika və iqlim nəzarət sisteminə malikdir.

Qeyd edək ki, bu inqilabi yenilik 2017-ci ilin yanvarında Los-Ancelesdə CES elektronik istehlakçı sərgisində ictimaiyyətə təqdim ediləcək.   



 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh