Yol qəzalarının səbəbləri - yüksək sürət, sərxoş vəziyyətdə idarəetmə

Qaydalar 14 Dekabr 2016 23:28 Oxunub 2370
Yol qəzalarının səbəbləri - yüksək sürət, sərxoş vəziyyətdə idarəetmə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisələrinin 43 faizini piyadaların vurulması təşkil edib

Bu ilin 11 ayı ərzində Azərbaycan ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində 283 piyada həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i (712 hadisə, 267 ölüm, 772 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i (425 hadisə, 192 ölüm, 369 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i (238 hadisə, 54 ölüm, 278 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (34 hadisə, 15 ölüm, 32 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil edib, nəticədə 283 piyada həlak olub, 591-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 15, yaralananların sayı isə 10 nəfər azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh