Qaydanı rayonda pozdu, protokol Bakıya göndərildi - VİDEO

Xəbərlər 14 Dekabr 2016 22:42 Oxunub 1529
Qaydanı rayonda pozdu, protokol Bakıya göndərildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş cəriməni hara ödəyəcəyini bilmir

Astara rayonunda cərimə olunan sürücünün protokolu Bakıya göndərilib. İndi vətəndaş cəriməni hara ödəyəcəyini bilmir. Astarada yaşayan Bəxtiyar Ruşanov rayon ərazisində avtomobilini dayanacaqda düzgün saxlamadığına görə cərimə olunub. Cəriməni ödəmək üçün poçta yaxınlaşan sürücü orada qəribə hal ilə üzləşib. O, Astara şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 57 ünvanında qeydiyyatda olduğu və yaşadığı halda avtomobilin cəriməsi səhvən Bakı şəhəri, Xəzər rayonuna göndərilib. 

Cəriməni rayonda ödəmək istəyən Bəxtiyar Ruşanova polis tərəfindən heç bir kod verilmir və ona yazılan cərimələri Bakı şəhərinə gedib ödəməsi tövsiyə olunur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, problem sistemdə yaranan səhv ucbatından baş verib və dərhal aradan qaldırılacaq. Bəxtiyar Ruşanov sabahdan etibarən cəriməni Astara rayonunda ödəyə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh