Azərbaycanda qazdoldurma stansiyaları tikiləcək

Gündəm 23 Aprel 2014 00:00 Oxunub 1963
Azərbaycanda qazdoldurma stansiyaları tikiləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Dövlət Neft Şirkəti Azərbaycanda qazdoldurma stansiyaları tikmək istəyir”. Bu sözləri Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar “Azəriqaz” və “Mayeqaz” şirkətlərinin birgə müəssisəsi təsis edilib: “Artıq bu müəssisə formalaşmaq üzrədir. SOCAR tərəfindən Gürcüstanda mayeqazın yanacaqdoldurma məntəqəsində satışı təcrübəsi aparılıb. Bu iqtisadi cəhətdən sərfəlidir. Böyük şəhərlərdə artıq benzindən deyil, maye qazdan istifadə edilir. Gələcəkdə ictimai nəqliyyatda ucuz yanacaqdan istifadə edilərsə, bu həm insanlar, həm də şirkətlər üçün sərfəli olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh