Ünvanına protokol gəlib, amma cəriməni qəbul etmirlər - VİDEO

Xəbərlər 15 Dekabr 2016 22:48 Oxunub 1578
Ünvanına protokol gəlib, amma cəriməni qəbul etmirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elşən Əliyev cərimənin hər gün artan faizindən narahat olduğunu deyir

Saatda 12 kilometr sürəti aşan sürücüyə 10 manat cərimə tətbiq edilib. İndi Elşən Əliyev cərimənin hər gün artan faizindən narahat olduğunu deyir. Məsələ ilə bağlı Elşən Əliyev Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib.

İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, bu cür məsələlərdə protokol avtobus xəttinin sahibkarına, yəni MMC-yə gəlir. Sahibkar da 5 iş günü müddətində qaydanın pozulduğu rayon Dövlət Yol Polis şöbəsinə məlumat verməlidir ki, qaydanı hansı sürücü pozub. Bundan sonra protokol yönləndirilir sürücüyə və cəriməni də qaydanı pozan sürücü ödəyir. Əgər sahibkar bununla bağlı məlumat verməzsə özü 300 manat cərimə edilir.

O ki qaldı sürücünün dediyi digər cərimələrə görə ödəniş edə bilməməsinə, Kamran Əliyev bunun doğru olduğunu dedi. Çünki sürücünün əlində olan protokol hələ ki, ona tərtib edilməyib. Həmçinin, digər  cərimələr.

Avtobusun mənsub olduğu  şirkətinin sözçüsü Füzuli Sadıqov isə  bildirdi ki, bütün protokollar şirkət tərəfindən araşdırılır. Yəni protokolların tarixi ilə sürücülərə verilən yol vərəqəsinin tarixi uyğunlaşdırıldıqdan sonra yol polisinə bununla bağlı geniş məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh