Yol polisinin qarlı iş günü - FOTOLAR-VİDEO

Yol polisi 16 Dekabr 2016 02:12 Oxunub 8768
Yol polisinin qarlı iş günü - FOTOLAR-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə qədər ağır olsa da, onlar bunu normal və gündəlik iş rejimi qəbul edirlər

Bəlkə də bu cür hava şəraitində bizim heç birimiz bir saat yolun ortasında dayanmarıq. Bəlkə də, buna dözmərik, bəlkə də bunu normal iş saymarıq. Amma onlar bunu normal iş sayırlar və buna dözürlər.

Harada tıxac olsa, harada qəza baş versə, harada qaydalar rozulsa hər kəsin gözü onları axtarır. Onlar Yol Polisidir. Bəzən aralarında birinin pis hərəkəti nəticəsində ümumən yol polisini ləkələməyə çalışırlar. Lakin bu, doğru yanaşma deyil. Etiraf etmək lazımdır ki, onlar həqiqətən də əziyyət çəkib, xidmət aparırlar. Budur, Avtosfer.az-ın kamerasına tuş gələn bu yol polisləri Nobel prospektindəki yol ayrıcında avtomobillərin hərəkətini tənzimləyirlər. Qar, çovğun sanki onlara təsir etmir. Bəzi intizamsız sürücülər belə hava şəraitindən istifadə edib svetoforun tələblərinə əməl etmədiyi üçün DYP əməkdaşları bu cür havalarda yolayrıclarında nizamlayıcı funksiyasını yerinə yetirməli olurlar.

Bu fotolar çoxlarına adi gələ bilər. Çoxları, «onlar öz işlərini görürlər» deyə bilər. Amma bir şeyə tam əminəm ki, nə nədər ağır olsa da, onlar bunu normal və gündəlik iş rejimi qəbul edirlər…

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh