Azərbaycana gətirilən avtomobil və yaxtalara görə vergi artırılır - SİYAHI

Avtobazar 17 Dekabr 2016 01:06 Oxunub 2424
Azərbaycana gətirilən avtomobil və yaxtalara görə vergi artırılır - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məsələ Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur

2017-ci ildən Azərbaycanda idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə (mühərrikinin həcmi 200 kubsantimetrdən çox olan) görə aksiz dərəcələri artırılacaq.

Bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.

Beləliklə, 2017-ci ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək:

 

Vergitutma obyektinin adı Aksiz dərəcəsi
Minik avtomobilləri:  
mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,20 manat
mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat (bundan əvvəl 1,5 manat)
mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat (bundan əvvəl 1900 manat) + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat (bundan əvvəl 4 manat)
mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11 400 manat (bundan əvvəl 5900 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat (bundan əvvəl 8 manat)
mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31 400 manat (bundan əvvəl 13900 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (bundan əvvəl 10 manat)
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat (bundan əvvəl 3 manat)

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh