Köhnə texniki pasporta görə avtomobilini sürə bilmir - VİDEO

Xəbərlər 17 Dekabr 2016 02:41 Oxunub 1951
Köhnə texniki pasporta görə avtomobilini sürə bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin texniki pasportu standartlara uyğun deyil

Bir neçə ay əvvəl avtomobil alan sürücü onu idarə edə bilmir. Səbəb 20 il əvvəl avtomobilə verilən texniki pasportdur. Yol polisi sürücüyə bildirir ki, avtomobilin texniki pasportu standartlara uyğun deyil. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirirlər ki, sürücü mütləq milli texniki pasoport almalidir.

Yaşar Məmmədov avtomobilini yaxın qohumundan etibarnamə ilə alıb. ''VAZ-21011'' markalı avtomobilin texniki pasportu isə 1996-cı ildə verilib. Onun sözlərinə görə, yol polisləri texniki pasportu görən kimi avtomobili cərimə meydançasına aparmalı olduğunu deyirlər. Hər dəfə də sənədin dəyişdirilməsi tələb olunur.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, Yaşar Məmmədov yol polisinə müraciət etməlidir. Beynəlxalq Konvesiyaya uyğun olaraq həmin avtomobilin sənədələri dəyişdirilməldir.

Bunun üçün sürücü avtomobili  qeydiyyat mərkəzinə aparmalı, 20 manat rüsumu olan texniki baxışdan keçirməli və 17 manat ödəməklə isə yeni texniki pasport ala bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh