Bu yolda piyadaların həyatı təhlükə altındadır - VİDEO

Avtoreyd 17 Dekabr 2016 09:45 Oxunub 1619
Bu yolda piyadaların həyatı təhlükə altındadır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda piyadaların təhlükəsiz keçməsi üçün piyada keçidləri yoxdur

Saray qəsəbəsinin mərkəzindən keçən yolda piyadaların təhlükəsiz keçməsi üçün piyada keçidləri yoxdur. Nəticədə məcbur qalaraq yoldan keçən piyadalar həyatlarını riskə atırlar. Avtomobillərin olduqca surətli hərəkət etməsi vəziyyəti daha da çətinləşdirir. Abşeron rayon Saray qəsəbəsi ərazisindən keçən Heydər Əliyev küçəsində sürət həddini bildirən heç bir yol nişanı quraşdırılmayıb. Üstəlik, küçə boyu piyadaların istifadə etməsi üçün keçid də yoxdur.

Saray qəsəbə Bələdiyyəsindən bildirilir ki, vaxti ilə bu küçədə piydaların təhlükəsiz hərəkət etməsi üçü 9 piyada zolağı olub. Ancaq yağışlar nəticəsində həmin zolaqlar silinib.

Sakinlər  problemin ən qısa zamanda həll ediləcəyini ümid edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh